Bakıda bir sıra mollarda parklanma qiyməti bahalaşıb.
Turkustan.az "Operativ Media"ya istinadla xəbər verir ki, bir müddətdir "28 Mall", "Gənclik Mall"da parklanma 0-1 saat üçün 2 AZN təşkil edir.
Bu vaxta qədər həmin məbləğ 1 AZN idi.
Molların parkinqində yeni parklanma qiymətləri belədir:
0 saat - 1 saat 2 AZN
1 saat - 2 saat 3 AZN
2 saat - 3 saat 6 AZN
3 saat - 5 saat 8 AZN
5 saat - 7 saat 12 AZN
7 saat - 24 saat 20 AZN
Qeyd edək ki, ilk 15 dəqiqə parklanma pulsuzdur.