Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya hərbçiləri Ukraynanın Rusiyadakı hərbi hava bazalarına hücumlarına uyğun hesab etdiyi vaxtda cavab verəcək.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında dünənki telefon danışığına münasibət bildirən Peskov deyib ki, söhbətdə Ukraynanın 1 iyunda Bryansk və Kursk vilayətlərinə hücumları da gündəmə gəlib.
Trampın hücumlarla bağlı məlumatlarının olmadığını ifadə etdiyinə diqqət çəkən Peskov: "Beynəlxalq nöqteyi-nəzərdən, əlbəttə ki, bu terror aktının ən azı şiddətli qınaqını eşitməyi üstün tutardıq" deyib.
Peskov həmçinin bildirib ki, Putin və Trampın görüşündə sanksiyalar məsələsi gündəmə gətirilməyib.
Aytən Yaşar/ Turkustan.az