Zaxarova OD PÜSKÜRDÜ: Baerbokun BMT-nin sədri seçilməsi biabırçılıqdır


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın keçmiş xarici işlər naziri Annalena Baerbokun faşizm üzərində Böyük Qələbənin simvolik yubiley ilində BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri vəzifəsinə seçilməsini biabırçılıq adlandırıb.

Turkustan.az xəbər verir ki, o, qeyd edib ki, hazırda beynəlxalq arenaya “müharibədən sonrakı dövrün mənəvi öhdəlikləri ilə yüklənməmiş yeni nəsil Aİ və Avropa siyasətçiləri” çıxıb.

“Ən görkəmli nümayəndələr Estoniyanın keçmiş baş naziri Kaja Kallas və Almaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Annalena Baerbokdur - bu biabırçılıqdır, rüsvayçılıqdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ