Əbu-Dabidə Ukraynanın mühüm sammiti başladı


Ukrayna ilə bağlı danışıqlar Əbu-Dabidə başladı.

Turkustan.az xəbər verir ki, Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə ABŞ və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə danışıqların başladığını açıqlayıb.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov sosial şəbəkə hesabında Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri çərçivəsində Əbu-Dabidə danışıqların başladığını bildirib.

Umerov ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların bu gün Əbu-Dabidə keçiriləcəyini xatırladaraq görüşlərin formatı barədə məlumat verib.

O bildirib ki, ilk görüş Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələrinin iştirakı ilə keçiriləcək. ABŞ-ın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşner də görüşdə iştirak edəcəklər.

"Danışıqların növbəti mərhələsinə keçməzdən əvvəl mövqelərimizi müqayisə edəcək və addımlarımızı əlaqələndirəcəyik. Bundan sonra Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək", - deyə Umerov qeyd edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ