İstehkamçı qəhrəman: Azərbaycan əsgəri dünyanın ən güclü əsgərlərindən biridir


11 mart 1975-ci ildə Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olur...

1981 / 1991-ci illərdə Qurdtəpə kənd orta məktəbində orta təhsil alır...

1993 / 1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində "Taktiki mühəndis Qoşunları" ixtisası üzrə ali hərbi təhsil alır...

1997 / 2021-ci illərdə hərbi hissələrdə bir çox vəzifələrdə xidmət edir...

Xidməti müddətində Polkovnik rütbəsinə qədər yüksəlir...

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadı və Zəngilan istiqamətində hücum edən qoşunların mühəndis təminatının təşkilinə, xüsusilə də, düşmənin artilleriya və aviasiya qüvvələrinin atəşi altında Həkəri çayı üzərində düşmən tərəfindən partladılmış körpülərinin partlayan minalardan təmizlənməsi, brod keçidləri və tank körpüqıranlarından istifadə etməklə hərbi körpülərin hazırlanmasına rəhbərlik edən, düşmən tərəfindən partlayışa hazırlanmış 2 ədəd körpünün elektrik partlayış xəttini kəsərək zərərsizləşdirən Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Raqif İbadulla oğlu İsrayılov!

Açıklama yok.

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Hərbi Xidmətlərə Görə" medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dətəcəli medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", Azərbaycan Ordusunun 100 illiyi", "Heydər Əiyevin 100 illiyi" yubiley medalları, "Qüsursuz xidmətə görə" 1-ci, "Qüsursuz xidmətə görə" 2-ci, "Qüsursuz xidmətə görə" 3- dərəcəli yubiley medalları, həmçinin, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə","Şuşanın azad olunmasına görə" medallar, "Müharibə iştirakçısı" medalı, "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif olunub.

Polkovnik Raqif İsmayılovun rəhbərliyi ilə Vətən müharibəsində Şuşa şəhərinin işğaldan azad edilməsi üçün düşmən artilleriyasının atəşi altında keçilməz dağlıq və sıx meşəlik ərazilərdən Böyük tağlar (Meştağlar) - Çanaqçı-Sığnaq yolunun qısa müddətə çəkilməsi və qoşunların həmin yerdən keçirilməsi, həmçinin, sərt dağlıq və qarlı ərazilərdə Ömər aşırımından keçməklə mövcud düşmən tərəfindən minalanmış və dağılmış yolun bir hissəsinin mina və digər maneələrdən təmizlənərək bərpası və bərpa olunması mümkün olmayan hissələrdə isə yeni yolun çəkilməsi, o cümələdən, Güləbird-Laçın yolunun mina və partlamayan maneələrdən təmizlənməsi, yolun partladılmış hissəsinin bərpası, partladılmış körpülərin ətrafının minalardan təmizlənərək keçidlərin hazırlanması təmin edilib.

Qəhrəmanımız müharibə ilə bağlı xatirələrində deyir: "Döyüş başlayanda düşmənin maneələrindən keçidlərin açılması düşmənin həm atıcı, həm də artilleriya silahlarının atəşi altında yerinə yetirilən tapşırıqlardır. İki körpünün çəkilmiş hazır partlayış xəttini şəxsən öz əlimlə kəsmişəm. Həkəri çayı üzərindəki körpülərin və Qubadlı-Laçın yolu üzərindəki körpülərin partladılması qarşımıza çətinliklər çıxartdı. Amma heç bir çətinliklər aşılmaz, keçilməz deyil. Biz o çətinlikləri istehkamçıların köməyi ilə dəf etdik. Dağılmış körpülərin yerində, bəzi yerlərdə tank körpüquranlarında istifadə edib, körpülər qurduq, bəzi yerlərdə körpülərin yandan keçməsini təmin etdik. Müharibə zamanı düşmənin və özümüzün mina sahələrindən qoşunlarımızın təhlükəsiz keçidlərinin təmin olunmasında mühəndis qoşunlarının böyük xidməti olub. Hücum edən bölmələrimizin partlayış üsulu ilə, mexaniki üsulla, əllə keçidlərin açılmasında mühəndis qoşunlarının şəxsi heyəti həqiqətən də qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdi. Fərəhləndirici haldır ki, ağsaqlıqlar olmadan bu işlər görüldü. Düşmən geri çəkildikcə mina sahələri qurur, partlayışlar törədirdi. Hücum edən qüvvələrlə birlikdə mühəndis qoşunlarının şəxsi heyəti hərəkət edir, mina sahələrindən, dağıdılmış körpülərindən, partladılmış yollardan ordumuzun keçidini təmin edirdik. Böyük Tağlar kəndindən Daşaltıya qədər yol açıb, ordumuzun, tank bölmələrinin, ağlr artilleriyanın keçidini təmin etdik. Qürurla deyirəm ki, Azərbaycan əsgəri dünyanın ən güclü əsgərlərindən biridir. Bu gün hər bir əsgərimizin, hər bir zabitimizin, hər bir vətəndaşımızın fəxr etməyə haqqı var. Çünki bu müharibəni aparan təkcə ordu deyildi, dövlət idi, xalq idi. Ordu sadəcə döyüşürdü. Əgər digər işlər uğurla həyata keçirilməsəydi bu ordu hardasa dayanmaq məcburiyyətində qala bilərdi. Dövlət, xalq, ordu birliyi bu qələbənin təmin olunmasında mühüm rol oynadı. Bu gün azad olunmuş torpaqlara girəndə insan tam ayrı cür olur. Azad olunmuş torpağa girirsən, halbuki, o yerlərə on illərlə durub aralıdan həsrətlə baxmısan. Həmin əraziyə girəndə istər istəməz sevincdən kövrəlirsən, ağlayırsan.".

Hələ uşaqkən "mən qəhrəman olacam" deyib, hərbçi olmaq arzusu ilə yaşayan, xidməti müddətində 1999 və 2001-ci illərdə iki dəfə minaya düşərək yaralanan qəhrəmanımız Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunması xəbərini Şuşadan qayıdanda, yolda zabit yoldaşlarından eşidir:"Xəbəri mənə deyəndə sözlə ifadə edə bilməyəcəyim qeyri-adi hiss yaşadım. Düşünürəm ki, Azərbaycanın ən ali mükafatına ölkə başçısı tərəfindən layiq görülmək insan üçün ən böyük xoşbəxtlikdir."

Polkovnik Raqif İsrayılov hazırda xidmətini Azərbaycan Ordusunun təlim-tədris mərkəzində baş müəllim kimi davam etdirir. Gələcəyin yeni istehkamçılarını yeyişdirən qəhrəmanımızın şərəfli xidməti həm gələcəyin istehkamçılarına, həm də zabitlərimizə ən layiqli örnəkdir.

İllərlə qazandığı təcrübəni gənc istehkamçılara öyrədən və yeni nəsil hərbçilər yetişdirən qəhrəmanımızla qürur duyur, fəxr edirik!

Sevinc Bəhmənli

Açıklama yok.\Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ