Atasının həbsindən sonra Meqan Markl ilk dəfə ictimaiyyət qarşısında


Atası Tomas Marklın uşaq istismarı ilə bağlı materiallar saxlamaqda ittiham edilərək həbs olunmasından sonra Meqan Markl əri Şahzadə Harri ilə birlikdə ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Hersoginya jurnalistlərin davamlı suallarına cavab verməkdən yayınıb.

Turkustan.az xəbər verir ki, Susseks hersoginyası Meqan Markl atasının həbsi ilə bağlı xəbərlərdən sonra ilk dəfə ictimai tədbirdə iştirak edib. O, əri Şahzadə Harri ilə birlikdə Brüsseldə Avropa Parlamentinin binasına ciddi ifadə ilə daxil olub və bu zaman dəstək üçün ərinin əlindən tutub.

Jurnalistlərin israrlı suallarına baxmayaraq, Meqan Markl atasının həbsi ilə bağlı açıqlama verməyib. Bu hadisə son günlər dünya mətbuatının diqqət mərkəzindədir.

Markl daha əvvəl Şahzadə Harri ilə birlikdə uşaqların internetdə təhlükəsizliyi mövzusunda əsas çıxış etməli idi. Lakin o, emosional baxımdan buna hazır olmadığını bildirərək çıxışdan imtina edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ