Qalibafdan ABŞ və İsrailə mesaj: İranın yeni yeraltı raket bazası var


İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən istifadəyə verilən yeni yeraltı raket bazası ilə bağlı diqqətçəkən bəyanat yayımlayıb.

Turkustan.az xəbər verir ki, Baş Qərargah rəisi general-mayor Əli Abdullahinin də iştirak etdiyi açılış mərasimindən sonra rəsmi sosial media hesabında paylaşım edən Qalibaf, "Yeni raket şəhərinin düşmənə mesajı aydındır", — deyə bildirib.

Baza haqqında fikirlərini bölüşən parlament sədri yeni yeraltı obyektin ölkənin çəkindirmə gücünün artırılmasında mühüm rol oynadığını vurğulayıb:

"Yeni raket şəhəri hələ də İran xalqı ilə təhdid dilində danışan düşmənlərə aydın mesaj göndərir: Hesablamalarınızda səhvə yol verməyin. Ən kiçik bir yanlış addım atılarsa, İran sürətli və ağlasığmaz şəkildə müdafiəyə keçməkdən çəkinməyəcək. Bu dəfə müharibənin coğrafiyasını İran İslam Respublikasının Silahlı Qüvvələri müəyyən edəcək".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ