İran yeni raket bazasını təqdim edir: Gizli silahlarla bağlı təəccüblü detallar


İran İnqilab Keşikçiləri Korpusu yeni yeraltı raket bazasının açıldığını elan edib.

Turkustan.az xəbər verir ki, bazanın təqdimatı zamanı nümayiş etdirilən raketlərdən birinin görüntülərdə nəzərəçarpacaq dərəcədə bulanıqlaşdırılması diqqət çəkib.

İran dövlət televiziyasının məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinə məxsus yeni raket bazasının açılış mərasimi Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi və Korpusun Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvinin iştirakı ilə keçirilib.

Yayımlanan görüntülərdə müxtəlif ballistik və qanadlı raketlər, eləcə də raket buraxılış platformaları nümayiş etdirilib. Lakin raketlərdən birinin görüntüsünün bulanıqlaşdırılaraq gizlədilməsi diqqət çəkib. Bazanın hansı ərazidə yerləşdiyi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, İran son illərdə ölkənin müxtəlif bölgələrində İnqilab Keşikçiləri Korpusuna məxsus yeraltı hərbi bazaları və obyektləri nümayiş etdirir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ