Netanyahu Trampa hər gün zəng edir: İrana yeni hücum tələbi


İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ prezidenti Donald Trampa İrana qarşı yeni hücumlara başlamaq üçün hər gün telefonla zəng etdiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Tramp və Netanyahu arasında keçirilən telefon danışıqlarından məlumatlı mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Ağ Evin daxilində və xaricində İranla müharibənin davam etdirilməsini istəməyən qüvvələr Netanyahunun Trampa göstərdiyi təzyiqin qarşısını almağa çalışırlar.

Mənbə bildirib ki, Netanyahu ABŞ prezidentinə hər gün zəng edərək onu İrana qarşı yeni hücumlar başlatmağa inandırmağa çalışır. Bununla yanaşı, Vaşinqtonda və Ağ Evdən kənarda müharibəyə qarşı çıxan dairələr bu cəhdləri nəticəsiz qoymağa çalışırlar.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ