70 maşın bir-birinə çırpıldı: 11 ölü, 48 yaralı var


Bolqarıstanda qatı duman səbəbindən Sofiya ilə Burqası birləşdirən Trakya şossesində təxminən 70 nəqliyyat vasitəsinin iştirakı ilə iki ayrı zəncirvari yol qəzası baş verib. Qəzalar nəticəsində 11 nəfər ölüb, 48 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, yerli medianın məlumatına görə, hadisələr yerli vaxtla saat 07:00 radələrində Yambol şəhəri yaxınlığında, Trakya şossesinin Zimnitsa qovşağı ərazisində qeydə alınıb.

Bolqarıstanın Baş naziri Rumen Radev mətbuata açıqlamasında qəzalarda təxminən 70 avtomobilin iştirak etdiyini, 11 nəfərin həyatını itirdiyini və 48 nəfərin yaralandığını bildirib.

Radev yaralıların əksəriyyətinin Sliven və Yambol xəstəxanalarına yerləşdirildiyini qeyd edib. O, həmçinin tibbi qruplar və zəruri avadanlıqlarla təchiz olunmuş iki "Spartan" tipli təyyarənin Yambol yaxınlığındakı Bezmer Hərbi Hava Bazasına göndərildiyini açıqlayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ