Marsda həyat varmı? - Kosmonavtdan maraqlı cavab


Kosmonavt Sergey Volkov Mars planeti ilə bağlı maraqlı fikirlər səsləndirib.

Turkustan.az xəbər verir ki, kosmonavt "RİA Novosti"yə açıqlamasında bildirib ki, Marsda suyun olması planetdə hansısa formadar həyatın mövcud olduğunu göstərir.

"Mən adətən məşhur filmdəki personaj kimi cavab verirəm: Marsda həyatın olub-olmaması hələlik elmə məlum deyil! Amma fakta əsaslansaq, orada suyun tapılması hər kəsə məlumdur",- Volkov qeyd edib

Volkov onu da vurğulayıb ki, əgər planetdə su varsa, deməli, onun tərkibində bakteriyalar da mövcuddur. Bu amil isə həmin yerdə həyatın mövcud olduğunu göstərir../publika.az


MANŞET XƏBƏRLƏRİ