Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi VAZ-21010 markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, qəza nəticəsində sürücü və sərnişinlər - Pərviz Allahşükür oğlu Hüseynov (1994), Xoşbəxt Arif qızı Hüseynova (1991), Mehriban Hüseyn qızı İsmayılova (1955), Aidə Yasər Hüseynova (1990) və Vasif Əkbər oğlu İsayev (1995) ölüb.
Araşdırma aparılır.
Ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir və onlar yaxın qohumdurlar. Xoşbəxt Hüseynova toyu planlaşdırılan oğlanın bacısıdır.
xxx
Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.
Turkustan.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.
Faktla bağlı araşdırma aparılır.
