İsrail İran əməliyyatından öncə İraqda gizli baza qurubmuş


İsrail İrana qarşı hərbi əməliyyata başlamazdan əvvəl İraq ərazisində gizli hərbi baza yerləşdirib.

Turkustan.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı məlumat yayıb.

Məlumata görə, həmin obyekt İsrail Hərbi Hava Qüvvələri üçün logistik mərkəz kimi istifadə olunub. Bazada həmçinin xüsusi təyinatlı qüvvələr və axtarış-xilasetmə qrupları yerləşdirilib. Onların vəzifəsi döyüş əməliyyatları zamanı İsrail təyyarələrinin vurulması ehtimalına qarşı operativ müdaxilə etmək olub.

Bildirilib ki, ABŞ-a məxsus F-15 qırıcısının İran səmasında qəzaya uğraması zamanı İsrail Vaşinqtona yardım təklif edib. ABŞ hərbçiləri pilotları öz qüvvələri ilə təxliyə etsələr də, İsrail həmin vaxt xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə hava zərbələri endirib. Martın əvvəlində İraqdakı gizli bazanın ifşa olunması riski yaranıb.

Qeyd olunur ki, oxşar müvəqqəti hərbi obyektlər ABŞ tərəfindən də əməliyyatlar zamanı istifadə olunur. Aprelin əvvəlində İran ərazisində amerikalı pilotların təxliyəsi zamanı da belə bir baza qurulub, əməliyyat başa çatdıqdan sonra isə istifadə olunmayan hərbi texnika məhv edilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ