Qonaq gəldiyi evdə arı sancdı, öldü


Tərtər rayonunda 48 yaşlı kişi qonaq gəldiyi evdə arı sancmasından ölüb.

Turkustan.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Düyərli kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Nazim Əmrahov qonaq gəldiyi qohumunun həyətyanı sahəsində arı sancması ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ