Bakı–Salyan şosesinin 7-ci kilometrliyində, Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi qeydə alınıb.
Turkustan.az xəbər verir ki, hadisə üzü rayonlar istiqamətində təxminən 80-100 metrlik ərazini əhatə edir. Sürüşmə nəticəsində yolun sağ və sol çiyinlərində yerləşən istinad divarları yerindən tərpənib.
Ərazidə aparılan müşahidələr zamanı məlum olub ki, beton plitələr asfalt örtüyündən qopub, həmçinin müxtəlif hissələrdə iri çatlar yaranıb. Piyada səkisinin istinad divarına birləşən hissələrində də ciddi zədələnmələr qeydə alınıb, divarla səki arasında boşluq əmələ gəlib.
Bundan əlavə, yolun hərəkət hissəsinin mərkəzində də uzun və dərin çat müşahidə olunur.
Ən kritik vəziyyət isə yolun Lökbatan dairəsi istiqamətinə gedən hissəsində qeydə alınıb. Burada yolun sağ çiynində böyük çala yaranıb. Çöküntünün avtomobil yolunun alt hissəsinə doğru irəlilədiyi və kifayət qədər dərin olduğu bildirilir.
Daha ətraflı İTV-nin hazırladığı süjetdə:
/Globalinfo.az/