İranın nüvə obyektləri o qədər dərindədir ki... - Tramp


Vaşinqton hazırda İranın nüvə materiallarını ələ keçirmək üçün əməliyyat keçirmək ehtimalını nəzərdən keçirmir.

Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən bu barədə heç düşünmürəm də”, - deyə Ağ Ev rəhbəri müvafiq suala cavabında bildirib.

Tramp qeyd edib ki, nüvə materiallarının yerləşdiyi obyektlər çox dərin qatlarda yerləşir və onlara çıxış olduqca çətindir:

“Mən sadəcə bilirəm ki, onlar o qədər dərindədir ki, bu materialları əldə etmək hər kəs üçün çətin olacaq”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ