İran müharibədə yeni bir mərhələyə qədəm qoyur: Sabahdan...


İran İnqilab Keşikçiləri Korpusu ABŞ və İsrailin İrana qarşı hücumlarının Amerika texnologiyası və süni intellekt şirkətləri tərəfindən dəstəkləndiyini və bu şirkətlərin "qanuni hədəflər" hesab ediləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ və İsrailə qarşı cavab hücumlarını gücləndirməyə hazırlaşır. İnqilab Keşikçiləri Korpusunun son açıqlamasında bölgədəki hücumların hədəfləri açıqlanıb. Bəyanatda deyilir: "İrana edilən hücumlara cavab olaraq, sabahdan etibarən bölgədəki ABŞ şirkətləri hədəfə alınacaq".

Onlar 18 şirkətin adını paylaşdılar.
İnqilab Keşikçiləri hücumlar barədə xəbərdarlıq edərkən hədəf siyahısına aşağıdakı şirkətləri daxil etdi: "Sisco, HP, Intel, Oracle, Microsoft, Apple, Google, Meta, IBM, DEL, Plantier, Nvidia, GP Morgan, Tesla, GE, Spire Solution, G42, Boeing".

İnqilab Keşikçiləri həmçinin sözügedən şirkətlərin işçilərinə təhlükəsizlikləri üçün iş yerlərini tərk etmələri barədə xəbərdarlıq edib.

Bu arada, ABŞ müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mətbuat konfransında ABŞ və İsrailin İrana hücumları ilə bağlı sualları cavablandırıblar. Heqset bildirib ki, "Əsas səyimiz razılığa gəlməkdir. Biz bu razılaşmanın bütün mümkün hallarda həyata keçirilməsini istəyirik. Əgər bu mümkün deyilsə, biz irəliləməyə hazırıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ