Çeçenistan hərbi birləşmələri ABŞ və müttəfiqlərinin quru əməliyyatı keçirəcəyi təqdirdə İslam Respublikasının silahlı qüvvələrinə dəstək vermək üçün İrana getməyə hazır olduqlarını bəyan ediblər.
Turkustan.az xəbər verir ki, bu barədə İranın “Press TV” xəbər saytı məlumat yayıb.
Çeçen bölmələri İranın silahlı qüvvələrinə dəstək vermək üçün tam hazır olduqlarını bəyan ediblər.
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova sadiq qüvvələr İran İslam Respublikasına qarşı davam edən Amerika-İsrail müharibəsini dini müharibə adlandırırlar.
Qeyd olunub ki, hazırkı hərbi qarşıdurma “dini müharibə və İslam dünyasının sabitliyini pozmağa yönəlmiş təcavüzə qarşı mübarizə” kimi qiymətləndirilir.
Çeçen qüvvələrinin mümkün müdaxiləsi həm də İranın suverenliyinin müdafiəsi üçün “cihad”da iştirak kimi səciyyələndirilir./Bizim.Media