Türkiyə Müdafiə Nazirliyi 31 Mart Soyqırımı Günü ilə bağlı paylaşım etdi


Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial media hesabında paylaşım edib.

Turkustan.az xəbər verir ki, paylaşımda deyilir:

“Tarixə qara ləkə kimi düşən bu faciəli günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirildi. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq, unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnət və ehtiramla anırıq”.


MANŞET XƏBƏRLƏRİ