Rusiyada neft zavodunda partlayış: 13 yaralı - VİDEO


Rusiyanın Nijnekamsk şəhərindəki neft zavodunda partlayış baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə şəhər veri Radmir Belyayev məlumat yayıb.

Onun sözlərinə görə, operativ reaksiya xidmətinin əməkdaşları partlayışdan sonra baş verən yanğının söndürülməsinə cəlb olunub.

Rusiya mətbuatı partlayış nəticəsində 13 nəfərin yaralandığını yazıb. Yaralılardan 7-si xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, partlayışa sexlərin birindəki qurğuların texniki nasazlığı səbəb olub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ