“Öyrənmək üçün oyna” layihəsinin düşərgə mərhələsi keçirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, İRƏLİ İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Gənc Müəllimlər Asossasiyasının tərəfdaşlığı ilə “Öyrənmək üçün oyna” adlı layihə çərçivəsində düşərgə keçirilib.

Turkustan.az xəbər verir ki, Lənkəranda keçirilən düşərgədə Respublikanın 12 müxtəlif regionundan 25 multiplayer iştirak edib. 5 günlük düşərgə çərçivəsində iştirakçılar müxtəlif peşəkar təlimçilərin təqdimatında "Oyunun psixologiyası və öyrənmənin təbiəti", "Oyun dinamikası və idarəetmə", "Öyrənmək üçün oxu”, “Şagirdlərin fənn üzrə leksikasını inkişaf etdirən oyunlar”, “Fənnlər üzrə oxuyub-anlama bacarıqlarını inkişaf etdirəcək oyunların tətbiqi metodları”, “Rəqamsal oyunlaşdırma alətləri” kimi mövzularda təlimlərdə iştirak ediblər.

Layihə oyun əsaslı öyrənmə metodları ilə təhsilverənləri gücləndirmək, şagirdləri dərs prosesinə aktiv şəkildə cəlb etmək və bununla da oxuma-anlama səviyyəsinin yüksəldilməsini hədəfləyir.

Qeyd edək ki, Azərbaycan dili, Ədəbiyyat, İngilis dili, Tarix və liderlik istiqamətlərini əhatə edən layihə mərhələli şəkildə həyata keçirilir. Təlimlər proqramı başa çatdıqdan sonra müəllimlər tərəfindən məktəblərdə 200–400 şagirdin “Play to Learn” dərsləri və “Öyrənmək üçün oyna/ Liderlik üçün oyna” (Play to Learn / Play to Lead”) klublarına cəlb edilməsi planlaşdırılıb. Nəticələrə əsasən yeni dövrdə layihənin növbəti müxtəlif məktəblərdə tətbiqi nəzərdə tutulur.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ