Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə etdiklərini unutmayacaqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında paylaşım edərək izləyicilərinə Kiyev bölgəsindəki Buça şəhərinin Rusiya ordusundan azad edilməsindən dörd il keçdiyini xatırladıb.
Bu gün Buçaya səfər edən və 4 il əvvəl orada mülki şəxslərin öldürüldüyünü vurğulayan Zelenski bildirib ki, "Bütün dünya Buça haqqında, rus işğalçıları tərəfindən Buça küçələrində vəhşicəsinə qətlə yetirilən ukraynalılar haqqında, zirzəmilərdə işgəncə verilən insanlarımız haqqında, küçələrdə güllələnənlər haqqında, Buçadakı qəbiristanlıqlarda cəsədləri tapılan böyüklər və uşaqlar haqqında məlumat əldə etdikdə, hər kəs Rusiyanın dəhşətini və təcavüzünü gördü".
Zelenski Ukraynanın şəhər üzərində nəzarəti bərpa etməsindən 4 il keçdiyini və orada keçirilən anım mərasimində iştirak etdiyini bildirib və əlavə edib: "Düşmənin etdiklərini xatırlayırıq və unutmayacağıq".
Aytən Yaşar/ Turkustan.az