ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında Böyük Britaniyaya sərt mesaj ünvanlayıb.
Turkustan.az xəbər verir ki, Tramp Hörmüz boğazına görə aviasiya yanacağı almaqda çətinlik çəkən Britaniyaya müraciət edib.
“Hörmüz boğazına görə aviasiya yanacağı ala bilməyən bütün ölkələrə, məsələn, İranın zərərsizləşdirilməsi əməliyyatına qoşulmaqdan imtina edən Britaniyaya bir təklifim var: Birincisi, ABŞ-dan alın, bizdə kifayət qədər yanacaq var. İkincisi, gec də olsa cəsarət toplayaraq, boğaza gedin və ehtiyacınızı orada təmin edin. Artıq özünüz üçün döyüşməyi öyrənməli olacaqsınız. ABŞ bundan sonra sizə kömək etməyəcək, necə ki, siz də bizə kömək etmədiniz. İran demək olar ki, darmadağın edilib. Çətin hissə artıq geridə qalıb. Gedin, öz neftinizi təmin edin”, - deyə o qeyd edib./publika.az