ABŞ quru əməliyyatına başlayacaq? - Heqset açıqladı


ABŞ İranla müharibədə quru qoşunlarının istifadə də daxil olmaqla, heç bir ssenarini istisna etmir.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

“Heç bir variantı istisna etmirik. Düşmənə əvvəlcədən quru əməliyyatı da daxil olmaqla, hərəkətləriniz və ya niyyətləriniz barədə məlumat verərək müharibə aparmaq və qalib gəlmək mümkün deyil. Əsas məsələ gözlənilməz olmaq və nə etməyə hazır olub-olmadığınızı heç kimə bildirməməkdir”, - o vurğulayıb. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ