Qayadan aşan maşındakılar Namiq Mənanın qızı və ailəsi imiş


Quba rayonunda yağan qar səbəbi ilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub.

Hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb.

Turkustan.az xəbər verir ki, avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu üzə çıxıb.

Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.

Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir. (Mənbə: bakupost)


MANŞET XƏBƏRLƏRİ