Almaniya kansleri: Uşaqlarımı ABŞ-a göndərmərəm


İran-İraq məsələsi ilə bağlı ABŞ prezidenti Donald Trampla gərgin vəziyyətdə olan Almaniya kansleri Fridrix Merz mövcud şəraitdə uşaqlarına ABŞ-da təhsil almağı və ya işləməyi məsləhət görməyəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz ölkəsinin uzunmüddətli perspektivdə daha yaxşı imkanlar təklif etdiyini iddia edərək, gənclərə "ABŞ-da təhsil almaq və ya işləmək barədə iki dəfə düşünməyi" tövsiyə etdi.

Vürzburqda keçirilən "104-cü Katolik Günü" şənliyində çıxış edən Merz, "Bu gün uşaqlarıma təhsil və ya iş üçün ABŞ-a getməyi məsləhət görmürəm" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ