İraqda hakimiyyət dəyişdi: Yeni baş nazir vəzifəyə başladı


İraqda uzun müddətdir müzakirə olunan hökumət dəyişikliyi rəsmiləşib.

Turkustan.az xəbər verir ki, yeni baş nazir Əli Falih əl-Zeydi Bağdaddakı hökumət sarayında keçirilən mərasimdə sələfi Məhəmməd Şia əl-Sudanidən vəzifəni rəsmi şəkildə təhvil alıb.

Bununla da əl-Zeydi həm baş nazir, həm də İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini üzərinə götürüb.

İraq hökumətinin media ofisinin yaydığı məlumata görə, mərasim dövlət protokoluna uyğun şəkildə keçirilib. Əl-Zeydi və yeni kabineti iki gün əvvəl parlamentdə etimad səsi aldıqdan və konstitusiya qarşısında and içdikdən sonra hökumətin formalaşması prosesi hüquqi baxımdan tamamlanıb.

Lakin Bağdaddakı siyasi müşahidəçilər hesab edir ki, bu dəyişiklik yalnız texniki hakimiyyət ötürülməsi deyil, eyni zamanda ölkədə yeni siyasi balansların və təsir dairələrinin formalaşdığı mərhələnin başlanğıcıdır.

İraqda hökumət dəyişiklikləri çox vaxt yalnız rəhbərlərin dəyişməsi kimi deyil, həm də siyasi qüvvələr arasında yeni güc mübarizələrinin başlanğıcı kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ