Ərdoğan: NATO Zirvə Görüşündə mühüm qərarlar qəbul ediləcək


Rəcəb Tayyip Erdoğan Qazaxıstan səfərindən sonra açıqlamalar verərək NATO Zirvə Toplantısı ilə bağlı Ankarada mühüm qərarların qəbul olunacağını gözlədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayaraq, türk dünyasının böyük potensiala sahib olduğunu qeyd edib.

Ərdoğan həmçinin dünya sülhü baxımından İsrailin təxribatlarının zərərsizləşdirilməsinin vacibliyini bildirib və Avropa Birliyinə tam üzvlük hədəfini bir daha xatırladıb.

Daxili siyasətə toxunan prezident “bəzi dostların AK Partiyada özlərini daha rahat hiss etdiyini” deyib və CHP bələdiyyələrinin idarəetmədə çətinlik yaşadığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ