Cənubi Koreya İranın Hörmüz boğazı planına etiraz etdi


Cənubi Koreya hökuməti İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq planına qarşı çıxaraq bunu “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Yonhap News Agency-nin məlumatına görə, Hwang Joon-woo mətbuat konfransında bildirib ki, Hörmüz boğazı beynəlxalq dəniz ticarətinin sərbəst hərəkətini təmin edən qlobal marşrutlardan biridir.

Nazir vurğulayıb ki, boğazdan keçən gəmilərdən tranzit haqqı alınması faktiki olaraq həmin dəniz yolunun bağlanmasına bərabər ola bilər və bu, beynəlxalq hüquq normalarına ziddir.

O əlavə edib ki, Süveyş kanalından fərqli olaraq, beynəlxalq sularda sərbəst keçid prinsipi mövcuddur və bu cür ərazilərdə rüsum tətbiqi qəbulolunmazdır.

Hwang həmçinin bildirib ki, Cənubi Koreya bəzi neft tankerləri üçün alternativ marşrutlar üzərində düşünür, o cümlədən Qırmızı dəniz və gələcəkdə Arktika dəniz yollarının potensial alternativ kimi qiymətləndirildiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ