Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun şəhərində dronun yaşayış ərazisinə düşməsi nəticəsində iki evə ziyan dəyib.
Turkustan.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə Kazım Karabekir rayonunda qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində iki evin dam örtüyü zədələnib. Təxminən 1 metr uzunluğunda olduğu ehtimal edilən PUA hazırda mütəxəssislər tərəfindən araşdırılır. /bakupost.az/