"Mən hadisənin birbaşa iştirakçısıyam" – 20 Yanvar faciəsinin qatili danışdı – VİDEO


Ukraynalı bloger Andrey Popik 1990-cı ildə Bakıda qırğın törətmiş Sovet İttifaqı qoşununun əsgərindən (adı məlum deyil-red.) müsahibə alıb.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, o, müsahibəni “Youtube” kanalında yayımlayıb.

Andrey Popik: 1990-cı ildə Qara Yanvar faciəsində iştirak etmisiniz?
Sovet İttifaqı qoşununun keçmiş əsgəri: Əlbəttə ki! Mən xidmətdə idim. Bu qanunsuz, icazəsiz mitinqlər idi.

– Axı, bu, silahsız insanlar idi və sən onları öldürürdün.

– Onlar qanuni hakimiyyətin getməsini tələb edirdilər.

– Sən hansi ildən azərbaycanlıları öldürməyə başladın?

– Orada hər şey 1989-cu ildən başladı. Axı bunun nə fərqi var ki? Nə fərqi var?

– Sən niyə o, insanların qarşısına silahla çıxmışdın?
– Qanuni hakimiyyəti qorumaq üçün.

– Azərbaycanlılar müstəqillik istəyirdilər və bu, konstitusiyaya əsasən onların haqqı idi, sən isə onların qanuni azadlıq tələblərinə qarşı çıxmısan. Bu mitinqlərdə 100-dən çox sadə vətəndaş öldürülüb.

– Həmin 100 nəfər sadə vətəndaş azərbaycanlılar tərəfindən öldürülən ermənilər olub (20 Yanvarda qətlə yetirilənlər arasında bir nəfər də erməni yoxdur – red.). Radikallar isə binadan bizim hərbi şəhərciyə atəş açmağa başlamışdılar. Orda komendat saatı tətbiq olunmuşdu.

– Bakıya Sovet İttifaqının 20 min hərbi kontingenti daxil edilmişdi, düzdü?
– “Sovet qoşunlarının əsgərləri” demək tam düzgün deyil, çünki ora Krasnodar diyarından, Rostovdan partizanlar cəlb edilmişdi. Amma heç kim sadə vətəndaşı öldürməyib.

– Mənim əlimdə rəsmi bəyanat var, necə yəni sadə vətəndaşlar öldürülməyib?

– Sən əlində olanı oxuyursan, mən isə bu hadisənin birbaşa iştirakçısıyam. Bizə 15 mərtəbəli binadan odlu silahdan atəş açılmışdı (Bakıda o dövrdə 15 mərtəbəli bina yox idi – red.)

– 20 Yanvar faciəsi zamanı insanlar vəhşicəsinə öldürülüb...

– Deməli, Rusiya ərazisindən Bakıya ordu yeridildi. O zaman komendant saatı elan olundu. Səhv etmirəmsə, axşam saat 18:00-a qədər. Buna uyğun olaraq 6-dan sonra şəhərdə heç bir hərəkət olmamalı idi. Öldürmək barədə əmr verilməmişdi.

– Belə çıxır ki sizə əmr verilmədən, özünüz sadə insanları öldürmüsünüz?

– Məni provakasiyaya çəkmə. Hərbçilərə vətəndaşlara atəş açmaqla bağlı göstəriş verilməmişdi.

– Bəs bu vətəndaşları kim öldürdü? Baxın, 130-dan 170-ə qədər vətəndaş öldürülüb.
– Bu, yalandır, vəssalam.

– Axı bu rəsmi məlumatdır necə yalan ola bilər. Yalançı sənsən!

Daha ətraflı videoda:


MANŞET XƏBƏRLƏRİ