Kürdəmirdə sərnişin daşıyan avtomobil qoyun sürüsünə çırpıldı - 10-u tələf oldu - FOTO


Kürdəmirdə sərnişin daşıyan avtomobil xırda buynuzlu heyvan (qoyun) sürüsünə çırpılıb.

Turkustan.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünə çırpılıb.

Nəticədə 18 baş qoyundan 10-u tələf olub, 8-i isə ağır yaralanıb.

Təssərrüfat sahibi Şahlar Quliyevin sözlərinə görə, ona ümumilikdə 8 min manata yaxın maddi ziyan dəyib.

Hadisə yerinə rayon hüquq mühafizə orqanının əməkdaşları cəlb olunub və hadisə yerinə baxış keçrilib.

Hazırda faktla bağlı araşdırma aparılır./Bizim Media














MANŞET XƏBƏRLƏRİ