Minalar Əleyhinə Azərbaycan Kampaniyası "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3" adlı layihənin icrasını uğurla davam etdirir.
Layihə Koreya Respublikasının ITF Enhancing Human Security təşkilatı vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycanın ən çox minadan zərər çəkmiş bölgələrində yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasına nail olmaqdır. Layihə bir qrup mina qurbanının yaratmaq istədikləri kiçik biznes sahələrinə lazım olan mal, material və avadanlıqlarla təmin edilməsini nəzərdə tutur. Məlumdur ki, ailə gəlirlərinin artması daha yaxşı səhiyyə, təhsil və qidalanma imkanları yaradır.
Layihə benefisiarlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində, mina problemləri ilə məşğul olan QHT -lərlə, Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında çox saylı mina qurbanları ilə görüşlər görüşlər keçirilmişdir, onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilmişdir.
Artıq bəzi benefisiarlar müəyyənləşdirilmiş, onların kiçik ailə təsərrüfatına lazım olan mal, material və avadanlıqlar onların özlərinin iştirakı ilə alınaraq onlara təhvil verilmişdir. Artıq həmin benefisiarlar öz fəaliyyətlərinə başlamışlar və aktiv monitorinq altındadırlar. Layihə benefisiarları layihənin maliyyələşdirilməsinə və həyata keçirilməsinə dəstək olanlara öz təşəkkürlərini bildirirlər. Kiçik ailə təsərrüfatında fəaliyyətə başlayanlara uğurlar arzulayırıq.
Digər benefisiarların da müəyyən edilməsi prosesi favam edir.




