Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz


İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.

Turkustan.az Musavat.com-a istinadla xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar.

Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: “Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək”.


MANŞET XƏBƏRLƏRİ