Pakistan paytaxta zərbələr endirdi: ölənlər var – Yeni müharibə başlayır?


Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın paytaxtı Kabilə endirdiyi hava zərbəsi nəticəsində böyük yanğın başlayıb.

Turkustan.az xəbər verir ki, hücum şəhərin “Yaşıl Zona” adlanan hissəsi yaxınlığında baş verib.

Bu ərazidə Taliabanın vertolyotlar, silah-sursat anbarları və ABŞ zirehli texnikalarının yerləşdiyi böyük bazası var.

Əfqanıstan hökumət nümayəndəsi bildirib ki, zərbələr nəticəsində narkotik asılılığından əziyyət çəkənlər üçün nəzərdə tutulan reabilitasiya mərkəzi zərər görüb. Hadisə zamanı bir neçə nəfər həlak olub və xəsarət alıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ