Türkiyə XİN: Quru əməliyyatını pisləyirik


Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı bölgədə qeyri-sabitliyi daha da dərinləşdirən quru əməliyyatının ən sərt şəkildə pislənildiyini açıqladı.

Turkustan.az xəbər verir ki, nazirlik İsrailin Livanda apardığı quru əməliyyatı ilə bağlı açıqlama yayıb.

"Biz İsrailin Livana qarşı quru əməliyyatını qətiyyətlə pisləyirik və bu əməliyyat regionda qeyri-sabitliyi daha da dərinləşdirir" deyilən bəyanatda İsrail Baş naziri Binyamin Netanyahu hökumətinin Livanda "soyqırım və kollektiv cəza siyasəti" tətbiq etməsinin regionda yeni bir humanitar fəlakətə səbəb olacağı bildirilir.

Bəyanatda Livanın suverenliyini və ərazi bütövlüyünü pozan bu hücumlar qarşısında Türkiyənin Livanla həmrəy olduğu bir daha vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ