Görüntülər Avropa ölkəsindəndir! İrana zərbə endirəcək raketlər təyyarələrə yüklənir


İrana hücumlar üçün öz ərazisindəki ABŞ hərbi bazalarından istifadəyə icazə verən Britaniyadan gələn görüntülər ABŞ-ın müharibənin şiddətini artıracağını ortaya qoydu.

Turkustan.az xəbər verir ki, ötən həftə ABŞ hərbi təyyarələrinin yerləşdiyi RAF Fairford Hava Bazasında diqqət çəkən görüntülər qeydə alınıb. ABŞ-ın B-2 bombardmançı təyyarələrinin sursatla yükləndiyi görülüb.

Digər tərəfdən, ötən həftə BBC-nin verdiyi məlumata görə, ABŞ bombardmançı təyyarələri İngiltərənin Qlosterşir şəhərindəki RAF Fairford hava limanına eniş edib. Məlumata görə, bu təyyarələr 6 mart cümə axşamı gələn B-1 Lancer bombardmançı təyyarəsinin və 7 mart şənbə günü gələn iki B-1 təyyarəsinin ardınca RAF Fairford hava limanında ABŞ hərbi hava donanmasına qoşulub.

Qlosterşir və Uiltşir sərhədində yerləşən RAF Ferford Bazasının keçmişdə ABŞ tərəfindən uzun mənzilli ağır bombardmançı missiyaları üçün istifadə edildiyi qeyd olunurdu. Həmçinin bildirilirdi ki, baza Avropada B-1, B-52 və B-2 kimi bombardmançı təyyarələri idarə etmək üçün sertifikatlaşdırılmış azsaylı bazalardan biridir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ