Rusiya Xarici İşlər Nazirliyi ABŞ, İsrail və İranı hücumları dayandırmağa və vəziyyəti diplomatik yolla həll etməyə çağırıb.
Turkustan.az xəbər verir ki, nazirlik Yaxın Şərq bölgəsindəki böhranla bağlı yazılı açıqlama yayıb.
İsrail və ABŞ-ın Yaxın Şərqdəki hərəkətlərini tənqid edən bəyanatda aşağıdakılar qeyd olunub:
"ABŞ və İsrail İrana gizli və səbəbsiz hücum edərək Yaxın Şərqdə görünməmiş bir zorakılıq dövrəsini başlatdılar və sonu görünmədi. ABŞ və İsrailin təcavüzü nəticəsində minlərlə insan həyatını itirdi və mülki infrastruktur zərər gördü. Qonşu ölkələr də İranın cavab hücumlarından əziyyət çəkir. Qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazında gəmiçilik trafiki iflic vəziyyətinə düşüb."
Aytən Yaşar/ Turkustan.az