ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett CBS News-un "Face the Nation" verilişinin qonağı olub.
Turkustan.az xəbər verir ki, Hassett bildirib ki, Tramp administrasiyasının İrana hücumları ABŞ-a indiyə qədər 12 milyard dollara başa gəlib.
ABŞ-ın hazırkı silah ehtiyatlarının kifayət olduğunu iddia edən Hassett, bu mərhələdə Konqresdən əlavə maliyyələşdirmə tələb etməyi planlaşdırmadıqlarını bildirdi.
"İranlıların etdikləri Amerika iqtisadiyyatına zərər verməyəcək", - deyən Hassett ABŞ-ın 1970-ci illərdən fərqli olaraq hazırda nəhəng neft istehsalçısı olduğunu əlavə etdi.
Digər tərəfdən, ABŞ-ın İranı hədəf alan hücumlarının yalnız ilk 6 gündə 11,3 milyard dolları keçdiyi iddia edildi.
Aytən Yaşar/ Turkustan.az