Tramp Avropa ölkəsindən gözlənilməz cavab aldı: NATO müdafiə təşkilatıdır


Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampın NATO-nun Hörmüz boğazını yenidən açmaq üçün hərbi gəmilər təmin etməməsi halında Almaniyanın "çox qaranlıq gələcək" ilə üzləşəcəyi ilə bağlı təhdidinə sözçüsü vasitəsilə cavab verib.

Turkustan.az xəbər verir ki, Merzin sözçüsü Stefan Kornelius hər kəsə NATO-nun hücum deyil, müdafiə ittifaqı olduğunu xatırlatdı və ittifaqın belə bir əməliyyatda iştirakının mümkün olmadığını bildirdi.

Kornelius açıqlamasında NATO-nun əsas vəzifəsinin üzv dövlətlərin təhlükəsizliyini təmin etmək olduğunu və Yaxın Şərqdəki hazırkı hərbi əməliyyatların birbaşa NATO-nun məsuliyyət zonasına daxil olmadığını vurğuladı. Almaniya hökumətinin sözçüsü həmçinin alyansın bu böhrana birbaşa qarışmamalı olduğunu vurğuladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ