İspaniya Hörmüz boğazında hərbi missiyada iştirak etməkdən imtina etdi


İspaniya ABŞ-İsrail müharibəsini qanunsuz hesab etdiyi üçün Hörmüz boğazında heç bir hərbi missiyada iştirak etməyəcək.

Turkustan.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu barədə İspaniyanın Müdafiə və Xarici İşlər nazirləri məlumat veriblər .

Qeyd edildiyi kimi, İspaniyanın müdafiə naziri Marqarita Robles ABŞ prezidenti Donald Trampın su yolunun təhlükəsizliyini təmin etmək üçün hərbi dəstək tələbini rədd etdi.

"İspaniya heç vaxt müvəqqəti tədbirlərə razılaşmayacaq, çünki məqsəd müharibəyə son qoymaq olmalıdır və bu, indi baş verməlidir", - deyə o bildirib.

Öz növbəsində, İspaniyanın xarici işlər naziri Xose Manuel Alvarez vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyət avropalılar üçün ciddi narahatlıq doğurur, lakin Aİ-nin mövqeyi müharibənin iqtisadi mülahizələrdən asılı olmayaraq başa çatması olmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ