Qatar: Hörmüz boğazının yenidən açılması üçün təmaslar davam edir


Qətər Hörmüz boğazının açıq qalmasını təmin etmək üçün müxtəlif tərəflərlə əlaqə saxladığını və İranın hücumlarının dərhal dayandırılmalı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari mətbuat konfransında mal və enerji daşınması üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazının bağlanmasının hər kəs üçün təhlükə yaradacağını bildirib.

Ensari enerji təhlükəsizliyinin hər hansı bir pozuntusunu rədd etdiklərini bildirib və əlavə edib ki, "Hörmüz boğazının açıq qalmasını təmin etmək üçün müxtəlif tərəflərlə əlaqələr davam edir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ