Ağdam-Füzuli yolundakı qəzada 24 nəfər yaralanıb


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ağdam-Füzuli yolunda baş vermiş qəza ilə bağlı məlumat yayıb.

TƏBİB-dən verilən məlumata görə, 09.07.2025-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirlib ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ