Hava ilə bağlı inanılmaz PROQNOZ: Qar yağacaq – Tarix verildi


Azərbaycanda iyulun ortası olmasına baxmayaraq, hava şəraiti tipik yay mövsümünə uyğun deyil. Xüsusilə bəzi bölgələrdə gözlənilən isti temperaturun yerini nisbətən sərin və yağmurlu günlər alıb. Bu vəziyyət cəmiyyət arasında “Yay niyə gəlmir?” sualını gündəmə gətirib.

Azərbaycana yay niyə gecikir?

Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov deyib ki, havanın sərin keçməsi iqlim dəyişikliyi ilə əlaqədardır:

“Bir neçə gün əvvəl Zaqataladan olan vətəndaşlar bölgədə yağan güclü yağışdan şikayətlənirdilər. Lakin burada müəmmalı vəziyyət də yaranıb. Yəni yağıntılara rəğmən, aidiyyəti qurumlar ölkədə su qıtlığının yarana biləcəyi barədə xəbərdarlıq edirlər. Halbuki yağış sularını toplayaraq bu problemin qarşısını almaq mümkündür. Yağıntıların çox olması əslində bir fürsətdir”.

telman

Telman Zeynalov

Mütəxəssis əlavə edib ki, qarşıdakı bir neçə il ərzində yay aylarında hava sərin keçəcək, hətta qar yağacaq:

“Hazırda Yer kürəsində qlobal soyuma prosesi müşahidə olunur. Hava şəraiti dəyişkən olacaq – hərdən isinəcək, bəzən də soyuyacaq. Bu vəziyyət 4-5 il davam edəcək. Bundan sonra yayda qar yağması kimi halların da şahidi ola bilərik. Bakı onsuz da uzun müddətdir qar üzü görmür. Havanın sərin keçməsinin heç bir zərəri yoxdur. Sadəcə, insanlar dənizə çox gedə bilməyəcəklər”.


MANŞET XƏBƏRLƏRİ