Kreml Prezident Donald Trampın Moskva və Pekini bombalamaq təhdidləri ilə bağlı xəbərlərin saxta olub-olmadığını bilmir.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bunun saxta olub-olmamasını biz də bilmirik. İndi bir çox feyk var. Biz bu və ya digər xəbərləri təhlil edəndə həmişə bu baxımdan diqqət edirik”, - o bildirib.
Qeyd edək ki, CNN-in yaydığı xəbərə görə, Tramp keçən il görüşlərinin birində Rusiya Prezidenti Vladimir Putini “Moskvanı bombalamaq” hədəsi ilə Ukraynaya müdaxilədən çəkindirməyə çalışdığını deyib./axar.az