Orban Aİ Komissiyasının sədri Fon Der Leyeni korrupsiyada ittiham etdi


Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyeni “korrupsiya”da ittiham edib və onun indi vəzifəsindən istefa verməli olduğunu müdafiə edib.

Turkustan.az xəbər verir ki, Orban sosial media platforması X hesabında ona qarşı verilən etimadsızlıq səbəbiylə sabah Avropa Parlamentində (AP) fon der Leyen üçün keçiriləcək səsvermə ilə bağlı açıqlama verib.

Sabah Avropa Parlamentində təlatümlü bir gün olacağını ifadə edən Orban: "Səsvermə prezidentin ətrafında yığılan korrupsiya qalmaqallarına görə planlaşdırıldı, amma hamımız bilirik ki, korrupsiya aysberqin yalnız görünən hissəsidir".
Bunun Avropanın gələcəyi ilə bağlı olduğunu vurğulayan Orban fon der Leyenin rəhbərlik etdiyi Komissiyanın “balans hesabatı” ilə bağlı bu açıqlamaları verib:

"Avropanın rəqabət qabiliyyəti bərbad vəziyyətdədir, Avropada enerji qiymətləri damdan çıxıb, qeyri-qanuni immiqrasiya nəzarətdən çıxıb, gender ideologiyası məcburidir, Ukraynada müharibə qırğındır, avropalı cütlüklər uçurumdadır, ağılsız yaşıl ideologiya zirvədədir".

Liderliyin məsuliyyət tələb etdiyini vurğulayan Orban: "Sabah qərar anı yaxınlaşır. Bir tərəfdə Brüsselin imperiya elitası, digər tərəfdə vətənpərvərlər və sağlam düşüncə. Qaçış yoxdur, seçim etmək lazımdır" şərhini verib.

Orban X-dəki hesabından başqa bir yazıda o, fon der Leyenin fotosu və “Getmək vaxtıdır” sözləri ilə şəkil paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ