Netanyahu-Tramp görüşündə niyə mətbuat konransı keçirilmədi? Görüşün gizli tərəfləri


İsrailli ekspertlər baş nazir Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında Vaşinqtonda qeyri-adi şəkildə mətbuat konfransı keçirməyən görüşün fərqli mesajlar verdiyini bildirir.

Turkustan.az xəbər verir ki, Netanyahu cümə axşamı başa çatması gözlənilən Vaşinqtona səfəri çərçivəsində çərşənbə axşamı və çərşənbə səhərləri Ağ Evdə iki dəfə prezident Trampla görüşüb.

Netanyahunun ABŞ səfəri və Trampla iki görüşü əvvəlki səfərlərdən fərqli olaraq ortaq mətbuat konfransı keçirməməsi ilə diqqət çəkib.

İsrailli analitiklər iddia edirlər ki, bu danışıqlar ABŞ-ın himayəsi altında Dohada Təl-Əviv və Həmas arasında dolayı danışıqların getdiyi bir vaxtda bəzi siyasi mesajlar daşıyır.

Jerusalem Post qəzetinin siyasi analitiki Herb Keinon: "İsrailin baş naziri Vaşinqtona səfər edəndə, səfərin özü fotoşəkil çəkilişləri və əl sıxışmaları ilə bir mesajdır. Baş nazir Netanyahunun bu səfəri tamamilə fərqli idi; Ağ Evdə heç bir fotoşəkil çəkilişi, ortaq mətbuat konfransı olmadı" dedi.

ABŞ prezidenti ilə məşhur kamin qarşısında oturan Netanyahunun çəkilişinin ortaqlıq mesajı daşıdığını söyləyən Keynon, bunları qeyd edib:

Keinon başqa bir qeyri-adi vəziyyətə də işarə edərək, “Ağ Evdə mətbuat mənsublarının əvvəlcədən otağa girib bəzi suallar vermələrinə icazə verildiyini, lakin İsrailin səyyar mətbuat nümayəndələrinin istisna edildiyini” bildirib.

Keinon xatırladıb ki, son vaxtlar İsrail baş nazirinin Vaşinqtona səfəri zamanı ABŞ və İsrail mətbuatı ilə şəkil çəkdirmədiyi insidentlər çox az olub və bu qeyri-adi səfər ABŞ-ın İsraillə koordinasiyada İranın nüvə obyektlərini bombalamasından cəmi bir neçə həftə sonra dönüş nöqtəsi sayıla biləcək bir vaxta təsadüf edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ