Çindən ŞOK XƏBƏRDARLIQ: Moskva ilə əməkdaşlığımıza müdaxilə edilməsin!


Çin administrasiyası Rusiya ilə münasibətlərinin “heç bir üçüncü tərəfi hədəf almadığını” və onun Moskva ilə əməkdaşlığına heç bir müdaxilə edilməməli olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq paytaxt Pekində keçirilən gündəlik mətbuat konfransında gündəmə dair qiymətləndirmələr edib.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyenin Çinin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırması barədə açıqlamasına cavab verən Mao: “Çin və Rusiya arasındakı əməkdaşlıq heç bir üçüncü tərəfi hədəf almır” deyib.

Sözçü Mao Pekin və Moskva arasında əməkdaşlığa heç bir kənar müdaxilə edilməməli olduğunu vurğulayıb.

Aİ-ni Çinlə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyə və mövcud fikir ayrılıqlarını konstruktiv prizmadan həll etməyə çağıran Mao:"AB Çinlə iqtisadi və ticarət əlaqələrindən əvvəl öz mentalitetini tarazlamalıdır" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ