Rusiya: ABŞ-ın Ukrayna böhranını həll edəcəyinə ümid edirik


Kremlin sözçüsü Dmitri Peskov, ABŞ administrasiyasının Ukrayna böhranının həlli istiqamətində səylərini davam etdirəcəyinə ümid etdiyini ifadə edib.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumdan çəkindirmək üçün Moskvanı bombalamaqla hədələdiyi iddiasına münasibət bildirən Peskov bunun doğru olub-olmadığını bilmədiyini deyib.

Peskov Trampın son vaxtlar Rusiyaya qarşı ritorikasını sərtləşdirməsinə sakit reaksiya verdiklərini və Rusiya ilə ABŞ arasında fikir ayrılığının olmadığını bildirib. Peskov bunları qeyd edib:

"Heç bir fikir ayrılığı yoxdur. Siyasi diplomatik vasitələrlə (Ukrayna) böhranını tez bir zamanda həll etmək istəyi var. Lakin vəziyyətin mürəkkəbliyi sürətli həllinə mane olur. Müəyyən işlər görülüb və iki raund danışıqlar aparılıb. Ümid edirik ki, danışıqların üçüncü raundu baş tutacaq və dialoq davam edəcək. Biz bu prosesi müzakirə etməyə başlamalıyıq və bir gündə baş verə bilməz."

Peskov ABŞ ilə dialoqu davam etdirmək niyyətində olduqlarını vurğulayaraq: "Vaşinqtonla ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün səylərin davam edəcəyinə ümid edirik. Ümid edirik ki, Tramp və komandası Ukraynaya silah tədarükünü bərpa etmək qərarına baxmayaraq, böhranın həlli üçün səylərini davam etdirəcəklər" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ