İranda əzadarlıq mərasimində faciə: At tamaşaçıların üzərinə şığıdı - VİDEO


İranın Mazandaran əyalətinin Amol şəhərində keçirilən məhərrəm ayı əzadarlığı zamanı faciə baş verib.

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Kərbəla hadisələrinin göstərildiyi şəbih mərasimi zamanı İmam Hüseynin atını canlandıran heyvan tamaşaçıların üzərinə sıçrayıb.

Atın tamaşaçıların üstünə yıxılması nəticəsində üçü uşaq olmaqla yeddi nəfər xəsarət alıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Bundan əlavə, İmam Hüseyn rolunda çıxış edən aktyorun bir qolunun və bir neçə qabırğasının qırıldığı, onun da xəstəxanaya ağır vəziyyətdə çatdırıldığı qeyd olunub.

Qeyri-rəsmi məlumatlara əsasən, bu il məhərrəm ayında İranda keçirilən matəm mərasimlərində ümumilikdə 1500-dən çox insan müxtəlif səbəblərlə xəsarət alıb.


MANŞET XƏBƏRLƏRİ